Atletico Madrid-də itki


İdman 22 Avq 2018 12:26:00 290 0

Atletico Madrid-də itki

Atletico Madrid itki ilə üzləşib.

Goal.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Vitolo sol dizindən zədələnib. O, dünən La Liqanın ilk turunda Valencia ilə oyunda sıradan çıxıb. Qeyd edək ki, 28 yaşlı futbolçunun nə vaxt sıraya qayıdacağı məlum deyil.