Juventus Pyaniçlə yeni müqavilə imzaladı


İdman 22 Avq 2018 10:37:00 301 0

Juventus Pyaniçlə yeni müqavilə imzaladı

Juventus yarımmüdafiəçi Miralem Pyaniç ilə müqavilənin müddətini uzadıb.

Goal.az xəbər verir ki, yeni müqavilə 2023-cü ilə qədər nəzərdə tutulub, əvvəlki isə 2021-ci ildə başa çatır.

Əvvəl verilən məlumata görə, Pyaniç yeni müqaviləyə görə komandada ilinə əvvəlki 4,5 milyon avro əvəzinə 7 milyon avro alacaq.

Bosniyalı futbolçu ötən mövsüm İtaliya çempionatında 31 matç keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib. O, 2016-cı ildən Juventus-un şərəfini qoruyur.