Manchester United-dən Zidan açıqlaması


İdman 21 Avq 2018 15:55:00 317 0

Manchester United-dən Zidan açıqlaması

Manchester United-in baş məşqçisi Joze Mourinyo İngiltərə klubunu çalışdırmağa davam edəcək.

Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi portuqaliyalı mütəxəssislə yolları ayırmağı düşünmür. Mourinyo ilə əməkdaşlığa davam etməyə qərar verən klub rəhbərliyi bu səbəbdən Zinəddin Zidanla danışıq aparmağı planlaşdırmır.

Qeyd edək ki, Manchester United-in baş məşqçi vəzifəsinə Z.Zidanı gətirmək istədiyi iddia olunurdu.