Renat həm qələbə qolunu vurdu, həm də meydandan qovuldu


İdman 19 Avq 2018 14:00:00 348 0

Renat həm qələbə qolunu vurdu, həm də meydandan qovuldu

Portuqaliya Sequndasında ikinci turun görüşləri keçirilib.

Goal.az-ın xəbərinə görə, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” səfərdə "Braqa"nın B komndası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Matçda yeganə qolu Renat Dadaşov 57-ci dəqiqədə vurub. Bu, onun Sequndada ilk qolu olub. 19 yaşlı hücumçu oyunun sonlarında daha bir dəfə “fərqlənib”. O, 90+2-ci dəqiqədə rəqibinə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.Xatırladaq ki, Dadaşov ötən tur penaltidən fərqlənə bilməmişdi.

Qeyd edək ki, "Eştoril" 2 turdan sonra 6 xalla turnir cədvəlinə başçılıq edir.