UEFA Super Kubokunun təşkilinə nə qədər pul xərclənib?


İdman 16 Avq 2018 16:28:00 282 0

UEFA Super Kubokunun təşkilinə nə qədər pul xərclənib?

Estoniya UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün 7 milyon avro xərcləyib.

Goal.az-ın məlumatına görə, bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. O, deyib ki, Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi “Lilleküla” stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.

Qeyd edək ki, Superkubokda iki İspaniya komandası - Çempionlar Liqasının qalibi “Real Madrid”lə Avropa Liqasında birinci olan “Atletico” qarşılaşıb. Oyun Dieqo Simeonenin rəhbərlik etdiyi kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.