Qodinin Manchester United-ə yox deməsinə səbəb nə olub?


İdman 15 Avq 2018 17:12:00 267 0

Qodinin Manchester United-ə yox deməsinə səbəb nə olub?

Atletico-nun futbolçusu Dieqo Qodin Manchester United-in təklifini rədd edib.

Goal.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 32 yaşlı müdafiəçi bildirib ki, İngiltərə yay transfer pəncəsərinin son günü - avqustun 10-u "qırmızı şeytanlar"dan təklif alsa da, bunu müsbət cavablandırmayıb. D.Qodin şəxsi səbəblərdən Madrid klubunda qalmağa qərar verdiyini bildirib.

Qeyd edək ki, D.Qodin bu ay Atletico ilə yeni müqavilə imzalayıb.