Juventus Real-ın təklifini rədd etdi


İdman 15 Avq 2018 14:50:00 257 0

Juventus Real-ın təklifini rədd etdi

Juventus futbolçusu Miralem Pyaniçi Real-a satmaqdan imtina edib.

Goal.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi 28 yaşlı yarımmüdafiəçi üçün göndərilən 60 milyon avroluq təklifi rədd edib. Klubun M.Pyaniçlə müqavilənin müddətini uzatmağı düşündüyü bildirilib. Juventus-un 80 milyon avro qarşılığında oyunçunu sata biləcəyi iddia olunub.

Qeyd edək ki, M.Pyaniç ötən mövsüm A seriyasında 31 matçda 5 qol vurub, 8 qolun ötürməsini verib.