ÇL: III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək


İdman 14 Avq 2018 10:29:00 254 0

ÇL: III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Goal.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq. 

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstanın Astana komandası səfərdə Xorvatiyanın Dinamo klubu ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyun Xorvatiya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyənin Fenerbahçe klubu isə doğma azarkeşlər önündə Portuqaliya Benfica-sı ilə münasibətlərə aydınlıq gətirəcək. İstanbul təmsilçisi səfərdə baş tutan ilk qarşılaşmada minimal hesabla uduzub - 0:1.

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

14 avqust

20:30. Dinamo (Kiyev, Ukrayna) - Slavia (Praqa, Çexiya)

İlk oyun - 1:1

21:00. BATE (Belarus) - Qarabağ (Azərbaycan)

İlk oyun - 1:0

21:30. Spartak (Moskva, Rusiya) - PAOK (Yunanıstan)

İlk oyun - 2:3

22:00. AEK (Yunanıstan) - Celtic (Şotlandiya)

İlk oyun - 1:1

22:00. Dinamo (Zaqreb, Xorvatiya) - Astana (Qazaxıstan)

İlk oyun - 2:0

22:00. Fenerbahçe (Türkiyə) - Benfica (Portuqaliya)

İlk oyun: 0:1

22:00. Videoton (Macarıstan) - Malmo (İsveç)

İlk oyun - 1:1

22:15. Shkendija (Makedoniya) - Salzburg (Avstriya)

İlk oyun - 0:3

23:30. Ajax (Hollandiya) - Standard (Belçika)

İlk oyun - 2:2

23:30. Spartak (Trnava, Slovakiya) - Crvena Zvezda (Serbiya)

İlk oyun - 1:1