Poqba rekorda şərik çıxdı


İdman 11 Avq 2018 15:20:00 344 0

Poqba rekorda şərik çıxdı

Manchester United-in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasında rekorda şərik olub.

Goal.az-ın xəbərinə görə, fransalı yarımmüdafiəçi “qırmızı şeytanlar”ın heyətində son 11 oyunun hamısında meydanı qolla tərk edib. Bu rekord daha əvvəl 2007-2011-ci illər aralığında Liverpool-da çıxış edən, hazırda Beşiktaş-ın üzvü olan Rayan Babelə məxsus idi. 

Xatırladaq ki, Manchester United İngiltərə Premyer Liqasında yeni mövsümün ilk oyununda Leicester-i 2:1 hesabı ilə məğlub edib. Komandanın ilk qolunu Poqba vurub.