Fenerbahçe Premyer Liqa klubundan futbolçu aldı


İdman 11 Avq 2018 11:13:00 289 0

Fenerbahçe Premyer Liqa klubundan futbolçu aldı

Fenerbahçe klubu İngiltərə təmsilçisi Leicester City-nin futbolçusu İslam Slimanini heyətinə qatıb.

Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, İstanbul klubu 30 yaşlı futbolçunun keçidi üçün klubu ilə razılıq əldə edib. Əlcəzair millisinin də şərəfini qoruyan oyunçu icarə əsasında bir il Fenerbahçe-nin formasını geyinəcək.

Təcrübəli forvard yeni klubunda 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, İslam Slimani 2016-cı ildən Leicester City-də çıxış edir.