Əliyar Ağayevə növbəti təyinat


İdman 09 Avq 2018 16:17:00 382 0

Əliyar Ağayevə növbəti təyinat

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının pley-off mərhələsinin oyununa təyinat alıb.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev pley-off mərhələsi çərçivəsində Jaqelloniya (Polşa) – Gent (Belçika) cütünün qalibi ilə Mariupol (Ukrayna) – Bordoaex (Fransa) duelinin güclüsü arasında keçiriləcək ilk oyunun baş hakimi olacaq. 

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, pley-off mərhələinin ilk matçları avqustun 23-də keçiriləcək.