İnter-in3 futbolçusu Parma-da


İdman 08 Avq 2018 18:11:00 306 0

İnter-in3 futbolçusu Parma-da

İtaliyanın Parma klubu heyətinə daha üç futbolçu cəlb edib.

Goal.az xəbər verir ki, yeni mövsümdə A Seriyasında mübarizə aparacaq bu klub İnter-in futbolçuları ilə güclənib. Milan təmsilçisinin gənc futbolçuları Alessandro Bastoni və Federiko Dimarko 1 illik icarəyə götürülüb. 

İnter-in daha bir futbolçusu – hücumçu Jonatan Byabyani isə Parma-ya birdəfəlik transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb.