Millimizin futbolçusu Super Liqa klubunda


İdman 08 Avq 2018 14:13:00 280 0

Millimizin futbolçusu Super Liqa klubunda

Azərbaycan millisinin futbolçusu Ufuk Budakın Türkiyə çempionatının I liqasında çıxış edən Boluspor-a keçidi rəsmiləşib.

Goal.az xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb. O, bolqarıstanlı Daniel Dimovla birlikdə ictimaiyyətə təqdim olunub. İmza mərasimində fikirlərini bölüşən Budak keçidindən məmnunluğunu ifadə edib: “Bir həftəyə yaxındır buradayam. Çox dinamik və istəkli bir komanda gördüm. Çox yaxşı dostluq mühiti var. Bu həftə ilk matçımızı oynayacağıq. Yaxşı başlayıb, məqdədimizə nail olmaq istəyirik”.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin Samsunspor komandasının formasını geyinən Budak, karyerası ərzində Manisaspor, Kayserispor və Gaziantep BB klublarında da çıxış edib.