Qarabağ-ın potensial rəqibi müəyyənləşdi


İdman 06 Avq 2018 14:35:00 305 0

Qarabağ-ın potensial rəqibi müəyyənləşdi

Qarabağ-ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq.

Qeyd edək ki, Qarabağ və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq.