Qriqorçukun komandası əsas diqqətini Çempionlar Liqasına yönəldib


İdman 05 Avq 2018 17:40:00 349 0

Qriqorçukun komandası əsas diqqətini Çempionlar Liqasına yönəldib

Ukrayna mətbuatı "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni ölkədə işini diqqətdə saxlayır. Goal.az xəbər verir ki, tanınan yerli mətbuatda 53 yaşlı ukraynalı mütəxəssisin "Astana"da son oyunuyla bağlı "Qriqorçuk ÇL-ə görə çempionatı qurban verir" sərlöhvəli yazı hazırlanıb. 

Paytaxt təmsilçisi son turda heç bir avrokuboklar iddiası olmayan, I liqaya düşmək zonasından da xeyli uzaqda olan Aktobe ilə səfər matçında qələbə şansı böyük olduğu halda heyətlə bağlı seçiminə görə xal itirdi - 1:1: Aktobe-nin bəxti gətirdi ki, "Astana", onun baş məşqçisi Roman Qriqorçuk və rəhbərliyi hazırda bütün diqqətini avrokuboklarda qrup mərhələsinə düşməyə yönəldib. Qazaxıstan liderinin Çempionlar Liqasında Danimarka çempionunu keçəndən sonra növbəti sınağı Dinamo Zagreb-lə olacaq. Bu səbəbdən Aktobe ilə səfər matçına Roman Qriqorçuk heç də əsas heyəti qoymadı. Saqnayevin debütünə imkan tapıldı, ehtiyatda isə ümumyyətlə, "Astana-2"dən gənc vardı. Buna görə də Qriqorçuk bu matçda əsas heyətsiz keçindi". 

Roman İosifoviç həmin qarşılaşmada millimizin futbolçusu Riçard Almeydanı 90 dəqiqə oynadıbsa, "Qarabağ"ın braziliyalı digrə sabiq yarımmüdafiəçisi Pedro Enrikenin adını heç iştirak ərizəsinə daxil etməyib. 22 oyundan sonra 54 xalla lider olan "Astana" ən yaxın izləyicisi "Kayrat"ı 7 xal qabaqlayır. Ancaq onu da nəzərə alaq ki. Almatı təmsilçisinin ehtiyatda 2 matçı var.