Hollandiyalı futbolçu özünə yeni klub tapıb


İdman 05 Avq 2018 17:18:00 287 0

Hollandiyalı futbolçu özünə yeni klub tapıb

Hollandiya millisinin sabiq futbolçusu Rafael Van der Vaart karyerasını Danimarkanın digər klubunda davam etdirəcək. Goal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Esbjerg klubu ilə anlaşıb. Müqavilənin müddəti barədə məlumat verilmir. Təcrübəli havbek yeni klubunda 10 nömrəli formanı daşıyacaq.

Van der Vaart son iki mövsümdə Danimarkanın digər təmsilçisi Midtjylland-ın şərəfini qoruyub. O, ötən mövsüm bu komandanın heyətində cəmi 2 çempionat oyununa çıxıb.

Hollandiyalı futbolçu karyerası ərzində Ajax, Hamburg, Real Madrid Tottenham və Betis kimi məşhur klubların formasını geyinib. O, milli komanda ilə 2010-cu il dünya çempionatının gümüş medalçısı olub.