Azərbaycan Qran Prisinin qalibi komandasını dəyişdi


İdman 04 Avq 2018 12:13:00 249 0

Azərbaycan Qran Prisinin qalibi komandasını dəyişdi

Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi Daniel Rikkardo komandasını dəyişib.

Goal.az xəbər verir ki, mövsümün sonunda Avstriyanın “Red Bull” komandası ilə yollarını ayıracaq 29 yaşlı pilot Fransa təmsilçisi “Renault”la anlaşıb. Avstraliyalı sürücünün müqaviləsi 2 illikdir.

Rikkardonun komanda yoldaşı almaniyalı Niko Hülkenberq olacaq.

2014-cü ildən “Red Bull”da çıxış edən Rikkardo 2017-ci ildə Azərbaycan Qran Prisinin qalibi olub.