Vidal sabiq klubuna dönür


İdman 04 Avq 2018 11:11:00 359 0

Vidal sabiq klubuna dönür

Barcelona-nın müdafiəçisi Aleyş Vidal karyerasını yenidən Sevilla-da davam etdirməyə yaxındır.

Goal.az-ın AS nəşrinə istinadən verdiyi məlumata görə, 28 yaşlı futbolçunun transferi barədə iki klub arasında razılıq əldə olunub. 

Sevilla sabiq oyunçusunu geri qaytarmaq üçün kataloniyalılara 8 milyon avro təzminat ödəyəcək. Keçidin yaxın günlərdə açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Vidal 2015-ci ildə məhz Sevilla-dan Barcelona-ya transfer olmuşdu.