Super Liqa klubu məşhur futbolçu ilə yolları ayırır


İdman 04 Avq 2018 09:44:00 294 0

Super Liqa klubu məşhur futbolçu ilə yolları ayırır

Konyaspor məşhur futbolçu Samuel Eto`O ilə yollarını ayırır. 

Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə təmsilçisi 37 yaşlı təcrübəli hücumçu ilə müqaviləni ləğv etməyi qərara alıb. 

Yanvar ayında komandaya cəlb olunan kamerunlu oyunçu Konyaspor-la 2.5 illik müqavilə imzalamışdı. Fransanın Nim klubu Eto`Onu heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, Samuel Eto`O karyerası ərzində İspaniyanın Real Madrid, Leganes, Espanyol, Mallorka, Barcelona, İtaliyanın İnter, Sampdoriya, Rusiyanın Anji, İngiltərənin Chelsea, Everton və Türkiyənin Antalyaspor komandalarında çıxış edib.