Barcelona seneqallı futbolçu transfer edir


İdman 03 Avq 2018 15:26:00 275 0

Barcelona seneqallı futbolçu transfer edir

Barcelona heyətini yeni futbolçu ilə gücləndirir. Goal.az xəbər verir ki, katalon klubu seneqallı müdafiəçi Mussa Vaqeni transfer etməyə hazırlaşır. 19 yaşlı futbolçu bu gün Kataloniyaya gələrək, tibbi müayinədən keçəcək. Transferin detalları isə hələ açıqlanmayıb. Son mövsümü Belçikanın Eupen klubunda keçirən müdafiəçi, Yupiler Liqada 26 qarşılaşmada forma geyinib.  Vaqe Seneqal millisi ilə DÇ-2018-də iştirak edib.