Chelsea ispaniyalı futbolçunun müqaviləsini yeniləyib


İdman 03 Avq 2018 14:07:00 286 0

Chelsea ispaniyalı futbolçunun müqaviləsini yeniləyib

Chelsea Pedro Rodriqezlə bağlı qərarını verib. Goal.az xəbər verir ki, 31 yaşlı futbolçu daha 2 il "zadəganlar"ın şərəfini qoruyacaq. Pedro yeni müqaviləsi ilə bağlı fikirlərini də bildirib. O, klub saytına açıqlamasında bunları deyib:

“Bu mənim üçün ideal variant idi. Burda özümü xoşbəxt hiss edirəm. Chelsea-də qalmaq mənim üçün vacib idi. Qol vuraraq, komandanın qələbələrində pay sahibi olmaq istəyirəm”.

Chelsea Pedronu 2015-ci ildə 27 milyon avro qarşılığnda Barcelona-dan transfer edib.