Barcelona-nı Manchester United-ə dəyişir


İdman 03 Avq 2018 11:16:00 244 0

Barcelona-nı Manchester United-ə dəyişir

Barcelona-nın futbolçusu Yerri Mina Manchester United-ə keçməyə yaxındır.

Goal.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, kolumbiyalı  müdafiəçi ilə hərtərəfli razılıq əldə olunub. Bu transferə görə, İngiltərə klubunun “Barsa”ya 35 milyon avro ödəyəcəyi bildirilir.Minanın adı Everton, Lyon və Zenit-lə də hallanırdı. 

Qeyd edək ki, 23 yaşlı futbolçu bu ilin yanvar ayından Barcelona-da çıxış edir. O, bu müddət ərzində 5 La Liqa oyununa çıxıb. Mina son dünya çempionatında Kolumbiya millisinin heyətində 3 oyuna 3 qol vurub.