Qarabağ 2 mərhələ keçməklə nə qədər qazandı?


İdman 02 Avq 2018 16:55:00 280 0

Qarabağ 2 mərhələ keçməklə nə qədər qazandı?

Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn Qarabağ-ın UEFA-dan əldə etdiyi gəlir müəyyənləşib.

Ağdam klubu turnirə qatılmaqla 280 min avro qazanmışdı. Sloveniyanın Olimpiya klubunu mübarizədən kənarlaşdıran 380 min avroya yiyələnmişdi. Ötən gün Albaniya Kukesi-ni məğlub edərək, III mərhələyə yüksələn təmsilçimizin UEFA-dan bu mövsüm ümumi qazancı 1,14 milyon avro olub.

Qeyd edək ki, ÇL-in qrupuna vəsiqə qazanan klub 12 milyon avro mükafat alır.