“Bonuççi mənim dostumdur”


İdman 01 Avq 2018 17:28:00 274 0

“Bonuççi mənim dostumdur”

Juventus-un müdafiəçisi Corcio Kyellini Leonardo Bonuççinin komandaya mümkün qayışıdı haqda danışıb.

Goal.az-ın “Tuttosport”a istinadən yaydığı xəbərə görə, Kyellini Milan-ın kapitanının sabiq klubuna dönəcəyinə inanmır:

“Bonuççi mənim dostumdur. Onunla və ailəsi ilə birgə istirahət etdik. Leonardonun oyunçu keyfiyyətlərinə hər birimiz bələdik. Lakin mən onun geri qayıdacağına inanmıram. Nə prezidentəm, nə də direktor. Ona görə də bu məsələni müzakirə etməyim çətindir. Həm də rəqib komandaya hörmətlə yanaşmaq lazımdır”.