Qarabağ Çempionlar Liqasında növbəti matçına çıxacaq


İdman 01 Avq 2018 09:51:00 270 0

Qarabağ Çempionlar Liqasında növbəti matçına çıxacaq

Qarabağ UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Albaniyanın Kukesi klubunu qəbul edəcək.

Goal.az xəbər verir ki, səfərdə qolsuz heç-heçə edən Ağdam klubu doğma meydanda qələbə qazanmağa çalışacaq. 

" Qarabağ Kukesi səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olan komanda isə Avropa Liqasının III təsnifat mərhələsində Torpedo (Gürcüstan) – Vikingur (Farer adaları) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

1 avqust

21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya)

Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (Slovakiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.