Xorvatiyalı futbolçu Juventus-u tərk etməyə hazırlaşır


İdman 31 İyl 2018 14:50:00 268 0

Xorvatiyalı futbolçu Juventus-u tərk etməyə hazırlaşır

Xorvatiya millisinin üzvü Marko Pyatsa Juventus-u tərk edə bilər. Goal.az xəbər verir ki, bu barədə futbolçunun agenti məlumat verib. Onun sözlərinə görə hücumçu İtaliyanın digər klubu Fiorentina-ya keçməyi planlaşdırır. Agent Turin təmsilçisinin də bu keçidə razılıq verəcəyinə ümid etdiyini gizlətməyib. Marko ötən mövsümün ikinci yarısında Schalke-də icarədə olub və 9 matçda 2 qol vurub.