"Nəticə olmasa, əşyalarını yığıb getməlisən" - MÜSAHİBƏ


İdman 30 İyl 2018 18:07:00 329 0

"Nəticə olmasa, əşyalarını yığıb getməlisən" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Stanislav Çerçesov daha 2 il Rusiya millisinin sükanı arxasında olacaq. Goal.az xəbər verir ki, 2018-ci il dünya çempionatında komandanı 1/4 finala qədər gətirən təcrübəli mütəxəsis bir sıra sualları cavablandırıb.

- Yeni müqavilə üzrə danışıqlar necə keçdi?

- Hər şey sadə və anlaşıqlı idi. Asanlıqla ortaq məxrəcə gəldik.

- Təklif edilən formula "2+2" sxemidir. Müqavilənin birbaşa 4 il yox, qeyd edilən formatda uzadılması sizi narahat etmədi?

- Əksinə, çox düzgün qərardır. Özüm buna təkid etdim. Nəticə vermək lazımdır, müqavilə isə...40 illik anlaşma imzalaya da bilərsən. Lakin nəticə olmasa, əşyalarını yığıb getməlisən. Bu idmandır.

- Qarşınızda hər hansı tapşırıqlar qoyulub?

- Bunlar müqavilədə göstərilmir. Hər şey aydındır. Əvəvlki müqavilədə də heç bir şey yaızlmamışdı.

- Millinin futbolçuları ölkə prezidenti tərəfindən "əməkdar idman ustası", məşqçilər korpusu isə "Rusiya Federasiyasının əməkdar məşqçisi" adına layiq görüldü...

- Bu, sonuncudan əvvəlki təntənəmizdir. Kremldə Rusiya prezidenti ilə görüş sonuncu bayramımız olacaq. Sonra ənənəvi işimizə qayıdacağıq.  İşə yeni yanaşma göstərəcəyik. "Rusiya futbolu" adlı məhsul bizim sahəmizdir. Kiçik addım atılıb. Artıq azarkeşlərdə emosiyalar canlanıb, futbola maraq daha intensiv meydana çıxıb. Qonşularım da uşaqlarını hansı futbol məktəbinə qoymaqla bağlı məndən məsləhət istəməyə başlayıb. Əvvəl belə şey olmurdu.

- Aleksandr Qolovin Monaco klubuna keçdi. Fransa çempionatında onun gələcəyini necə görürsünüz?

- Onunla telefonla əlaqə saxlamışıq. Aleksandrı sorğu-sual etmədim. Sadəcə onun vəziyyətini öyrəndim. Dedi ki, 2 günə qəti qərarını verəcək. Mən də tövsiyə etdim ki, qərar verərkən emosiyalara yox, peşəkarlığa əsaslansın. Təbii ki, onu millidə gözləyəcəm. Qolovinə kömək əlimi uzatmağa həmişə hazıram. Onun sayəsində fransız dilini də öyərənəcəm.