Qətər dünya çempionatını almaq üçün çirkin yollara əl atıb?


İdman 30 İyl 2018 17:16:00 301 0

Qətər dünya çempionatını almaq üçün çirkin yollara əl atıb?

2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının təşkilat komitəsi barədə maraqlı faktlar üzə çıxıb. Goal.az "BBC"yə istinadən xəbər verir ki, komitə 2010-cu ildə mundialı keçirməyə namizəd digər ölkələri sabotaj etmək üçün Amerikanın PR firması və Mərkəzi Kəşfiyyat Komitəsinin sabiq agentlərindən yararlanıb. Məlumata görə, onların fəaliyyəti ABŞ və Avstraliyaya qarşı yönəlib.

Qətər dünya çempionatını keçirməyin ABŞ iqtisadiyyatına zərər olduğunu əsaslandırmaq üçün bir nəfərə 9 min dolla verib. Eyni zamanda digər namizədlərin müraciətləri ətrafında neqativ ab-hava yaratmaq üçün müxtəlif ölkələrdən olan jurnalistlərə sifarişli yazılar tapşırılıb. Qətərin yararlandığı agentlər digər namizəd ölkələrin səfirləri üçün də xüsusi xarakteristika hazırlayıblar. Bütün bu tədbirlər FİFA-nın qaydalarına tərs düşür. Qətər tərəfi isə bu ittihamları rədd edir.