İbrahimoviç rəqib azarkeşləri qıcıqlandırdı: "20 min mənə azdır"


İdman 29 İyl 2018 18:30:00 370 0

İbrahimoviç rəqib azarkeşləri qıcıqlandırdı: "20 min mənə azdır"

LA Galaxy-nin hücumçusu Zlatan İbrahimoviç Los-Angeles-lə derbi matçından sonra sonra fikirlərini bildirib. Goal.az xəbər verir ki, isveçli ulduz rəqib azarkeşlərin onu fitə tutmasına münasibət bildirib.

“Düzünü desəm, bu stadion mənim üçün çox balacadır. 20 min insanın məni fitə basması azdır. Mən 80 minə öyrəşmişəm. Nə vaxt ki, səni 80 min fitə basır, onda ayağını əlinə alıb səylə çalışmalısan. Ancaq nə vaxt ki, sənə qarşı 20 min azarkeşlik edir, bu, sadəcə, məşqə bənzəyir”.

Şəhərin ikinci komandası MLS-də bu ildən çıxış edir. Los-Angeles-i ABŞ yığmasının sabiq baş məşqçisi Bob Bredli çalışdırır.