Napoli-nin kapitanın Çinə getmək fikrindən Ançelotti daşındırıb


İdman 29 İyl 2018 17:16:00 282 0

Napoli-nin kapitanın Çinə getmək fikrindən Ançelotti daşındırıb

Napoli-nin yarımmüdafiəçisi Marek Hamşik karyerasını İtaliyada davam etdirəcək. Goal.az xəbər verir ki, Hamşikin Çin çempionatında çıxış etmək variantı olub. Ancaq slovakiyalı futbolçunu komandanın yeni baş məşqçisi Karlo Ançelotti fikrindən döndərə bilib:

“Çinə getmək haqda fikirləşirdim. Amma Ançelotti gəldikdən sonra mənə əlavə motivasiya verdi. O, mənimlə danışdı və oyun qurucusu mövqeyində çıxış edə biləcəyimi dedi. Bu da məndə maraq oyatdı. Biz skudettonu qazanmayana qədər mənim missiyam başa çatmış sayılmayacaq. Mən Napoli-ni, azarkeşlər də məni sevirlər. Heç yerə getmirəm. Vaxtı ilə Napoli-də çıxış etmiş Dieqo Maradona həmişə birinci olacaq. Onun yanında dayanmağı təsəvvür etmək olduqca xoşdur. Ancaq bunun üçün ilk növbədə titul qazanmaq lazımdır”.