Klopp: "Ramosa sərt cəza vermək lazım idi"


İdman 29 İyl 2018 13:15:00 278 0

Klopp: "Ramosa sərt cəza vermək lazım idi"

Liverpool-un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında “Real”la qarşılaşmanı xatırlayıb. Goal.az xəbər verir ki, alman mütəxəsis həmin oyunda Ramosla Salah arasındakı mübarizəyə yenidən qayıdıb.

“Real azarkeşi olmayanlar Ramosu zalım və qəddar hesab edirlər. Onun Salaha qarşı hərəkətinə görə sərt cəza vermək lazım idi. Əgər VAR sistemindən istifadə olunsaydı, həmin epizoda mütləq baxılacaqdı. Əvvəlcə qapıçının sifətinə dirsəklə vurdu, daha sonra isə hücumçuya qarşı güləş fəndi işlətdi. Məhz bu hərəkətlər onlara qələbə qazandırdı. Ramos daha sonra bu zədələrə görə sevinmədiyini bildirdi. Ancaq onun bu sözləri mənə səmimi gəlmədi. Bunu normal saymıram”.

Salah məhz həmin görüşdəki zədədən sonra bir müddət yaşıl meydanlardan uzaq qalmışdı.