Ronaldo hər paylaşıma görə yarım milyon avrodan çox qazanır


İdman 28 İyl 2018 19:24:00 324 0

Ronaldo hər paylaşıma görə yarım milyon avrodan çox qazanır

Juventus-un futbolçusu Kriştianu Ronaldo “Instagram” hesabındakı hər paylaşımına görə 640 min avro qazanır. Goal.az xəbər verir ki, 32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır. İlk “10-luq”dan Fransa təmsilçisi PSG-nin braziliyalı hücumçusu Neymar (512 min avro) və Barcelona-nın argentinalı kapitanı Lionel Messi də yer alıb (426 min avro).

Bir müddət əvvəl Real Madrid-dən Juventus-a 112 milyon avroya transfer olunan Ronaldonun “Instagram”da 137 milyon izləyicisi var.