Neftçi-nin sabiq futbolçusu Paraqvay klubunda


İdman 28 İyl 2018 15:52:00 252 0

Neftçi-nin sabiq futbolçusu Paraqvay klubunda

Neftçi-nin heyət "təmizləməsində" ixtisara düşən Fransisko Qarsiya özünə yeni klub tapıb.Goal.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 27 yaşlı havbek sabiq komandası İndependiente ilə anlaşıb. Azad agent statusu daşıdığından yeni komandasına pulsuz başa gələn Qarsiya tezliklə rəsmi müqaviləyə qol çəkəcək. Neftçi-yə bu ilin yanvarında Serro Porteno-dan keçən Fransisko Qarsiya 2012-ci ildə İndependiente-nin şərəfini qoruyub.