Roma prezidenti: "Barcelona çirkin iş gördü"


İdman 27 İyl 2018 18:18:00 257 0

Roma prezidenti: "Barcelona çirkin iş gördü"

Roma-nın prezidenti Ceyms Pallotta transfer etməyə hazırlaşdıqları Bordeaux-nun vinqeri Malkomun son anda İspaniya nəhəngi Barcelona tərəfindən “oğurlanmasına” münasibət bildirib. Goal.az xəbər verir ki, italyan funksioner bunları deyib?

“Barcelona danışıqlara müdaxilə etməklə çirkin iş gördü. Çünki idman direktorumuz Ramon Monçi Malkomun meneceri ilə bütün məsələlərdə razılığa gəlmişdi. Ötən gün onlar bizə müraciət edərək, baş verənlərə görə üzrxahlıq etdi. Amma mən bunu qəbul etmədim. Onları yalnız bir halda - Lionel Messini bizə verəcəkləri halda bağışlaya bilərik. Bu hadisəyə görə Barcelona ilə münasibətlərimizə son qoymayacağıq. Bu, böyük klubdur. Gələcəkdə yenə əməkdaşlığa davam edəcəyik”.