Səbail braziliyalı müdafiəçi transfer edib


İdman 26 İyl 2018 20:00:00 298 0

Səbail braziliyalı müdafiəçi transfer edib

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən Səbail klubu daha bir futbolçunu heyətinə qatıb. Goal.az xəbər verir ki, paytaxt təmsilçisi 28 yaşlı braziliyalı müdafiəçi Enrike Moura ilə 1+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Moura karyerası ərzində Braziliyanın Vila-Nova, Goias, Aparesidense, Gremio (Anapolis), Parauapebas, Klub Remo komandalarında çıxış edib. Onun son klubu Kosta-Rika təmsilçisi Deportivo Saprissa olub.