Yeni transferlər Qarabağ-a qoşuldu


İdman 26 İyl 2018 19:13:00 261 0

Yeni transferlər Qarabağ-a qoşuldu

Qarabağ-ın yeni transferləri - İnnosent Emeqara və Con Delarj komandaya qoşulublar. Goal.az xəbər verir ki, hər iki hücumçu bu gündən yeni komandası ilə birgə məşqlərə başlayıblar. Ağdam klubu Nigeriya əsilli Emeqara ilə 2, konqolu Delarjla 3 illik müqavilə imzalayıb. Emeqara "Qarabağ"da 7, Delarj 28 nömrəli formanı geyinəcək.

Qarabağ  Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Albaniyada Kukesi ilə qarşılaşmışdı (0:0). Emeqara və Delarj həmin oyunun iştirakçısı olmayıb.