Barcelona-nın futbolçusu Everton yolunda


İdman 26 İyl 2018 18:45:00 285 0

Barcelona-nın futbolçusu Everton yolunda

Barcelona-nın müdafiəçisi Luka Din karyerasını İngiltərədə davam etdirə bilər. Goal.az xəbər verir ki, Everton fransalı futbolçu ilə ciddi maraqlanır. Katalonlarla danışıq aparmaq üçün İspaniyaya gələn Everton nümayəndələri transferlə bağlı ilkin razılıq əldə ediblər. Klublar arasında danışığın müsbət nəticələndiyi və keçidin yaxın müddətdə açıqlanacağı vurğulanıb. 25 yaşlı oyunçunun transferinin detalları yazılmasa da, Barcelona-nın bundan 15-20 milyon avro qazanacağı gözlənilir. Din Barcelona-ya 2016-cı ildə PSG-dən keçib.