Neftçi-nin kapitanı əməliyyat olunacaq


İdman 26 İyl 2018 16:56:00 270 0

Neftçi-nin kapitanı əməliyyat olunacaq

Neftçi-nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq. Goal.az xəbər verir ki, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq.

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın Ujpest klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnmişdi..