Topaz Premyer Liqasının debütantından növbəti transferlər


İdman 25 İyl 2018 17:40:00 269 0

Topaz Premyer Liqasının debütantından növbəti transferlər

Yeni mövsümdən Topaz Premyer Liqada çıxış edəcək Sabah daha üç futbolçunun keçidini rəsmiləşdirib. Goal.az xəbər verir ki, müdafiəçi Ülvi İbazadə ilə 2, yarımmüdafiəçilər - Tərzin Cahangirov və Elgün Nəbiyevlə isə müvafiq olaraq 2 və 3 illik müqavilə bağlanıb. Ülvi İbazadə son olaraq Xəzər-də, Tərzin Cahangirov Kəpəz-də, Elgün Nəbiyev isə Zirə-də çıxış edib.

Sabah bu yay artıq 18 transfer reallaşdırıb. Onların içində ən məşhurları vaxtilə Neftçi-nin şərəfini qorumuş Erik Ramos və Saşa Stamenkoviçdir.