Millinin məşqçisi rüşvət alan yerdə tutuldu


İdman 25 İyl 2018 10:50:00 315 0

Millinin məşqçisi rüşvət alan yerdə tutuldu

Nigeriya millisinin məşqçisi Salisu Yusuf rüşvət alarkən yaxalanıb. Goal.az xəbər verir ki, BBC 56 yaşlı mütəxəssisin 2017-ci ilin dekabrında Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya cəlb etməyin müqabilində 2 futbolçunun agentindən min dollar rüşvət aldığını əks etdirən görünütləri yayımlayıb.

Məşqçi isə rüşvət almadığını, pulu hədiyyə qismində götürdüyünü bildirib. Yusuf 2016-cı ilin aprelindən oktyabrınadək Nigeriya yığmasının baş məşqçi vəzifəsini müvəqqəti icra edib. O, 2018-ci il dünya çempionatında millinin məşqçilər korpusunda yer alıb.