Sabah Neftçi-nin daha bir sabiq futbolçusunu transfer edib


İdman 24 İyl 2018 13:23:00 246 0

Sabah Neftçi-nin daha bir sabiq futbolçusunu transfer edib

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən Sabah  daha bir futbolçunu heyətinə cəlb edib. Goal.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Erik Ramosla 1 illik müqavilə bağlanıb.

31 yaşlı futbolçu karyerası ərzində Paraqvayın 12 de Octubre, 3 de Febrero, Rubio Nu, General Diaz komandalarının şərəfini qoruyub. O, 2012-2016-cı illər aralığında  “Neftçi” klubunun uğurları üçün çalışıb. Qeyd edək ki, Sabah daha öncə Neftçi-nin daha bir sabiq legioneri - Saşa Stamenkoviçi heyətnə cəlb etmişdi.