"Bakıda keçdiyimiz fiziki hazırlığın bəhrəsini burda görürük"


İdman 23 İyl 2018 18:51:00 273 0

"Bakıda keçdiyimiz fiziki hazırlığın bəhrəsini burda görürük"

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən Sabah-ın baş məşqçisi Elşad Əhmədov təlim-məşq toplanışı barədə fikirlərini bildirib. Goal.az xəbər verir ki, Əhmədov omandasının hazırlığından razılığını dilə gətirib. 

“Ayın 16-dan Türkiyədə təlim-məşq toplanışındayıq. Burda daha çox taktiki-texniki tapşırıqlar üzərində işləyirik. Əvvəlcədən hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi nəzərdə tutmuşduq. Artıq 2 görüş keçirmişik. Hər iki qarşılaşma 1:1 hesabıyla başa çatıb. Sevindirici haldır ki, Bakıda keçdiyimiz fiziki hazırlığın bəhrəsini burda görürük. Uşaqlar canla-başla çalışırlar. Çatışmayan cəhət odur ki, hər iki oyunda 1:0 hesabıyla önə keçsək də, son dəqiqələrdə qol buraxırıq. Deməzdim bu, fiziki hazırlıqla bağlıdır.

Çatışmayan cəhətlərimiz var. Keçirdiyimiz oyunlarda taktiki planda boşluqlar verdik ki, rəqib də bundan istifadə etdi. Məşqlərdə bu çatışmazlıqlar üzrində işləyirik. Daha 2 oyunumuz var. Hazırda bu matçlara hazırlaşırıq. Bir neçə futbolçumuz zədəlidir. Fərdi məşq edən oyunçularımız da var. Əsas məqsədimiz avqustun 11-də başlayacaq Azərbaycan çempionatına tam hazır olmaqdır. Uşaqlardan tam razıyam. İşimizi davam etdiririk”.