Real ukraynalı qapıçının transferini rəsmiləşdirib


İdman 23 İyl 2018 16:18:00 297 0

Real ukraynalı qapıçının transferini rəsmiləşdirib

Real Madrid bir müddət öncə razılıq əldə etdiyi Andrey Luninin transferini rəsmiləşdirib. Goal.az xəbər verir ki, 19 yaşlı qolkiperlə 6 illik müqavilə imzalanıb. Anlaşmanın detalları açıqlanmır.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.

Qeyd edək ki, Lunin 2 dəfə Ukrayna yığmasının formasını geyinib. O, Zarya və Dnepr-də də çıxış edib.