Napoli0nin prezidenti: "Sarri bəzi futbolçulara qarşı ədalətli davranmırdı"


İdman 22 İyl 2018 18:06:00 277 0

Napoli0nin prezidenti: "Sarri bəzi futbolçulara qarşı ədalətli davranmırdı"

Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın sabiq baş məşqçisi Maurizio Sarriyə cavab verib. Goalaz xəbər verir ki, Sarri ötən mövsümün yekunları ilə bağlı danışarkən, həm prezidentin, həm də özünün səhvə yol verdiyini bildirmişdi. Laurentis isə özünün səhvə yol vermədiyini, bütün günahların Sarridə olduğunu deyib:

“Onun hər ikimizin səhvinin olduğunu deməsi xoşuma gəlmədi. Hesab etmirəm ki, mən səhvə yol vermişəm.

Onun müqaviləsi var idi. Sarri bəzi futbolçulara qarşı ədalətli davranmırdı. Baxmayaraq ki, o futbolçular ona çox şey vermişdilər. Sarri onları məşqlərdə öldürürdü. Bütün bunlardan sonra isə o, öz komandasını yığıb, İngiltərəyə aparmaq istədi. Bununla da “Napolini” dağıtmağı planlaşdırırdı”.