Argentinalı futbolçu Juventus-dan ayrılır


İdman 22 İyl 2018 17:30:00 276 0

Argentinalı futbolçu Juventus-dan ayrılır

Juventus Qonzalo Hiquainlə yollarını ayırmaq qərarına gəlib. Goal.az xəbər verir ki, argentinalı hücumçu Premyer Liqada oynaya bilər. Chelsea-nin yeni baş məşqçisi Maurizio Sarri onu komandasında görmək istəyir.  Real-dan Kriştianu Ronaldonu transfer edən "qoca senyora" da Hiquainə gələn təklifləri dəyərləndirməyə hazırdır. Turin klubu onun transfer qiymətinin 60 milyon avro olduğunu bəyan edib. Hiquainlə Milan da maraqlanır.