Mourinyo yeni mövsümdə Manchester United-in kapitanını açıqladı


İdman 22 İyl 2018 15:53:00 342 0

Mourinyo yeni mövsümdə Manchester United-in kapitanını açıqladı

Manchester United-in baş məşqçisi Joze Mourinyo yeni mövsüm komandanın əsas kapitanı olacağı oyunçunun adını açıqlayıb. Goal.az xəbər verir ki, Mourinyo ötən mövsüm olduğu kimi, yenə komandanın əsas kapitanının Antonio Valensiya olacağını söyləyib.

Portuqaliyalı mütəxəssis A.Valensiyanın yoxluğunda kapitanlıq sarğısını kimin taxacağına qərar vermədiyini bildirib: "Kris Smollinq, Eşli Yanq, Ander Errera və Xuan Mata arasında seçim edə bilərik. Neymanya Matiç də yaxşı keyfiyyətlərə malik oyunçudur. Lakin o, cəmi 1 ildi komandaya qoşulub”.