"Qarabağ-la bizi ağır oyunlar gözləyir"


İdman 22 İyl 2018 14:52:00 335 0

"Qarabağ-la bizi ağır oyunlar gözləyir"

Çempionlar Liqasının II təsnifat mərhələsidə Qarabağ-la qarşılaşacaq Kukesi-nin müdafiəçisi Simon Rumbullaku Albaniya mətbuatına açıqlama verib. Goal.az xəbər verir ki, 27 yaşlı futbolçu Azərbaycan çempionunu Avropada tanınan klublardan hesab etdiyini bildirib.

“Çempionlar Liqasında mərhələ adlamaq əla oldu. “Valletta”nı keçmək asan deyildi. Çünki rəqib pis çıxış etmədi. Yolumuza davam etdiyimiz üçün sevincliyik. Qarabağ kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq daha yaxşıdır. Onlar Avropanın tanınmış klublarındandır. Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. Valletta bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki Qarabağ çox güclüdür. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qarabağ-la Kukesi arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması isə ölkəmizdə keçiriləcək.