Trabzonspor iranlı futbolçu transfer edib


İdman 22 İyl 2018 13:51:00 257 0

Trabzonspor iranlı futbolçu transfer edib

Trabzonspor heyətini yeni futbolçularla gücləndirib. Goal.az xəbər verir ki, Super Liqa klubu İran yığmasının üzvü Vahid Amirini və TFF 3-cü liqa təmsilçisi Berkay Sefa Karanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İranlı futbolçu Trabzon təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. Super Liqa klubu bu müddət ərzində 30 yaşlı oyunçuya bütövlükdə 1,4 milyon avro məvacib verəcək.

19 yaşlı Berkay Sefa Kara isə Trabzonspor”-a 5 illik müqavilə bağlayıb. Son klubu Persepolis olan Vahid Amiri kimi, türkiyəli gənc futbolçu da yarımmüdafiəçidir. Trabzonspor-da Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev də çıxış edir.