Reyna yenidən İngiltərə Premyer Liqasına qayıda bilər


İdman 22 İyl 2018 12:28:00 307 0

Reyna yenidən İngiltərə Premyer Liqasına qayıda bilər

Pepe Reyna cəmi 18 gündür rəsmi müqavilə bağladığı Milan-dan ayrıla bilər. Goal.az xəbər verir ki, təcrübəli qapıçının adı Chelsea ilə hallanır.. “Zadəganlar”ın yeni baş məşqçisi Maurizio Sarri onun xidmətində maraqlıdır.

Sarri, Tibo Kurtuanın komandanı tərk edəcəyi təqdirdə, sərəncamında məhz Reynanı görmək istəyir. Reyna Napoli-dən Milan-a azad agent kimi keçib. Ancaq Chelsea onu transfer etmək istəsə, 3 milyon avro ödəməli olacaq. Qapıçı ilə bağlanan müqavilədə kompensasiyanın məbləği məhz bu qədər göstərilib. O, 2005-14-cü illərdə İngiltərənin digər klubu - Liverpool-un şərəfini qorumuşdu.