Keyta: "Bu qərarımda baş məşqçi Yurgen Kloppun böyük rolu olub"


İdman 21 İyl 2018 17:31:00 334 0

Keyta: "Bu qərarımda baş məşqçi Yurgen Kloppun böyük rolu olub"

Liverpool-un yeni transferi Nabi Keyta kluba keçidi ilə bağlı açıqlama verib. Goal.az xəbər verir ki, 23 yaşlı futbolçu Barcelona və Bayern Munchen-dən təklif gəldiyini, lakin Liverpool-u seçdiyini bildirib. 

“Başqa klublar da mənimlə maraqlanırdı. Bunların arasında Barcelona və Bavariya kimi nəhəng klublar var idi. Amma mənim seçimim Liverpool oldu. Bu qərarımda baş məşqçi Yurgen Kloppun böyük rolu olub. O, mənimlə çox danışdı və gələcək planlarından söhbət etdi. Keçmiş komanda yoldaşım Sadio Mane də burdadır. Onunla Leipzig-də 9 ay birgə oynamışıq. Mane mənə qardaş kimidir. Onunla da çox söhbətlərimiz olub.

Yarımmüdafiəçi olaraq əsas işim meydana nəzarət edib, hücumçular üçün fürsətlər yaratmaqdır. Fürsət düşdüyü zaman özüm də qol epizodlarından yararlanmaq istəyərəm. Lakin mən hər zaman əvvəlcə komandamı və komanda yoldaşlarımı düşünürəm”.